NASA-nın kosmik aparatı Ayda Roma Kolizeyindən daha böyük yeni krater aşkarlayıb.
Referans Media xəbər verir ki, alimlərin fikrincə, təxminən iki il əvvəl baş verən, lakin ilk vaxtlar müşahidə olunmayan güclü asteroid və ya kometa parçasının toqquşması nəticəsində yaranan kraterin diametri 7 222 metr, dərinliyi isə 43 metrdir.
Bu, Günəş sistemində yaxın dövrdə yaranmış məlum ən böyük zərbə krateri hesab olunur. Tədqiqatçılar belə güclü toqquşmaların təxminən 132 ildə bir dəfə baş verdiyini bildirirlər.
Krater NASA-nın Ay Kəşfiyyat Orbiteri (LRO) tərəfindən 2024-cü ilin mayında, toqquşmadan qısa müddət sonra çəkilmiş görüntülərdə aşkarlanıb. Lakin görüntülər böyük məlumat axını arasında yalnız 2025-ci ilin avqustunda diqqət çəkib. Daha ətraflı görüntülər əldə edildikdən sonra kəşf bu ilin əvvəlində təsdiqlənib.
Tədqiqatçılar bildirirlər ki, toqquşma Ay səthində 100 kilometrdən çox ərazini dəyişdirib və böyük miqdarda toz və qayalıq material ətrafa səpələnib.
Alimlərin fikrincə, nadir hadisə Ayın səthində baş verən toqquşmaların öyrənilməsi və gələcəkdə Ayda astronavt bazalarının yaradılması baxımından mühüm məlumatlar verə bilər.
