Polis Bakıda və bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Referans Media  xəbər verir ki, intensiv yağıntılar zamanı vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə xidmətə əlavə polis naryadları cəlb edilib.

Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Eyni zamanda, vətəndaşlara zəruri köməklik göstərilir və onların təhlükəsiz şəkildə mənzil başına çatmaları təmin olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki