Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Referans xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüşü müzakirə ediblər.
Eyni zamanda, Ərdoğanla Putin Ukraynadakı münaqişə ilə bağlı son vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar./“Cebheinfo.az”
