“Qalatasaray” “Başakşehir”i məğlub etdi – VİDEO

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. 

Referans Media xəbər verir ki, doğma meydanda “Başakşəhər”i qəbul edən “Qalatasaray” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, lider “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini 7-yə çatdıraraq turnir cədvəlinə başçılıq edir. “Başakşəhər” isə 42 xalla 6-cı sırada yer alıb.

Türkiyə Super Liqası

XXVI tur

“Qalatasaray” – “Başakşəhər” 3:0

Qollar: V.Sinqo, 57, V.Osimhen, 66, R.Nhaqa, 86


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki