“Qalatasaray” səfərdə asan qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında 21-ci turun görüşləri keçirilir.

Referans Media xəbər verir ki, “Qalatasaray” səfərdə “Çaykur Rizəspor”un qonağı olub.

Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Xallarını 52-yə çatdıran Okan Burukun baş məşqçisi olduğu kollektiv turnir cədvəlinə başçılıq edir. Rizə klubu isə 20 xalla 12-ci sıradadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki