Türkiyə Superliqasında qış transfer dövrünün rəsmən başlaması ilə klublar heyətlərini gücləndirmək üçün fəal transfer çalışmalarını davam etdirir. Günün diqqətçəkən transfer xəbərləri təqdim olunur.
Referans Media xəbər verir ki, Superliqada qış transfer pəncərəsinin açılması ilə Qalatasaray, Fənərbağça, Beşiktaş və Trabzonspor başda olmaqla klubların maraq dairəsində olan futbolçular transfer gündəminin ön sıralarında yer alır.
MUSLERA TRANSFERDƏ AKTİV ROL ALDI
Mərkəz müdaifəçi üçün gənc və dinamik futbolçu cəlb etməyi planlaşdıran Qalatasarayda bir sıra namizədlər müzakirə olunur. Lakin baş məşqçi Okan Burukun, şərait yarandığı təqdirdə xüsusilə Manuel Uqartenin transferini istədiyi öyrənilib.
“Mançester Yunayted”in formasını geyinən 24 yaşlı uruqvaylı yarımmüdafiəçi ilə bağlı təmaslar yenidən intensivləşib. Qalatasaray transferi satınalma opsiyalı icarə modeli ilə reallaşdırmaq niyyətindədir. İngilis klubunun Uqarte üçün gözləntisi təxminən 35 milyon avrodur. “Sarı-qırmızılılar” futbolçuya illik 5 milyon avro zəmanətli maaş təklif edib və danışıqlar davam edir.
Uqarteyi razı salmaq üçün Qalatasarayın sabiq kapitanı və klub əfsanəsi Fernando Muslera da prosesə qoşulub. Mənbələrin məlumatına görə, Muslera həmyerlisi ilə söhbətində, “Heç düşünmə, Qalatasaraya gəl. Burada çox xoşbəxt olacaqsan. Sən meydanda hər şeyini versən, onlar da sənin üçün hər şeyi edərlər” deyib. Təcrübəli qolkiper həmçinin azarkeş atmosferini yüksək qiymətləndirib və İstanbulla bağlı vacib məlumatlar paylaşıb. (Fanatik)
İNTERDƏN FRATTESİ İLƏ BAĞLI AÇIQLAMA
İtaliya təmsilçisi “İnter”də bu mövsüm az oyun vaxtı aldığı üçün ayrılıq iddiaları gündəmə gələn 26 yaşlı yarımmüdafiəçi Davide Frattesi ilə bağlı əvvəlcə Fənərbağça, daha sonra Qalatasarayın marağı olduğu irəli sürülmüşdü.
“İnter”in prezidenti Beppe Marotta məsələ ilə bağlı açıqlama verib: “Strategiyamız belədir: əgər futbolçu ayrılmaq istəyərsə, bunu müzakirə edib vəziyyəti dəyərləndirərik. Frattesi hazırda bu vəziyyətdə deyil; ayrılmaq istəmir və heç bir klubdan rəsmi təklif almayıb. Bununla belə, danışıqlara açığıq”, – deyə Marotta bildirib.
Qeyd edək ki, Frattesi bu mövsüm “İnter”in heyətində 15 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.























