"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Referans Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçunu 1 illik icarəyə götürüb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib. (Report.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki