“Qarabağ” bu gün “Karvan-Yevlax”ı sınağa çəkəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

Referans Media  xəbər verir ki, günün ilk matçlarında “İmişli” “Sabah”ı, “Şamaxı” “Baku Sportinq”i qəbul edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.

Günün son qarşılaşmasında isə “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək.

Oyun saat 19:00-da start götürəcək. Bu cütün qalibi 1/4 finalda “Şamaxı” – “Baku Sportinq” duelinin qalibi ilə qarşılaşacaq.

“İmişli” – “Sabah” görüşündən üstün ayrılan tərəf isə növbəti raundda “Qəbələ” – “Şəfa” matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki