“Qarabağ”da ciddi İTKİ

"Qarabağ"ın forvardı Musa Qurbanlının durumuna aydınlıq gəlib.

Referans Media  xəbər verir ki, Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”la(2:1) görüşdə zədələnmiş Qurbanlının mövsümün qalan hissəsində meydana çıxmayacağı dəqiqləşib.

Həkim müayinəsindən sonra onun dizindəki zədənin ciddi olduğu ortaya çıxıb.

Musa Qurbanlı “Turan Tovuz”la matçın 10-cu dəqiqəsində zədələnərək əvəzlənmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki