Qardaşı qızından Trampa ağır zərbə: Meri Avropaya çağırış etdi

Meri Tramp paylaşımında “The New York Times” qəzetində dərc olunan məqaləyə istinad edib.

Həmin məqalədə qeyd olunur ki, Avropa rəsmiləri Vaşinqtonun təhdidlərinə cavab verməkdənsə, ABŞ-la danışıqlara meyl göstərirlər. Söhbət Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə etiraz edən Avropa ölkələrinə qarşı gömrük rüsumlarının tətbiqindən gedir.

Meri Tramp danışıqları və “yumşaltma” siyasətini sərt şəkildə tənqid edib:

“Uğursuz danışıqlar və güzəşt strategiyasından bezmişəm. Bu, Trampı daha da gücləndirir. Ona qarşı dayanın!”

Onun fikrincə, Avropanın indiki mövqeyi Donald Trampın təzyiq siyasətini daha da cəsarətləndirir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki