Qazaxda avtomobil “Kamaza” çırpılıb – Ölən var

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Referans Media bildirir ki, Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza Qazax-Əskipara avtomobil yolunda baş verib. Minik maşınının “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki