Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.
Referans.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
“Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək”, – məlumatda qeyd edilib
