Qətərdə yanacaq tankerinə zərbə endirildi – 21 nəfər təxliyə edildi

“Qatar Energy” şirkəti tərəfindən icarəyə götürülmüş “Aqua 1” adlı yanacaq tankeri bu gün səhər saatlarında Qətərin şimalındakı ərazi sularında raket hücumuna məruz qalıb.

Referans Media  xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Qeyd olunub ki, tankerin 21 nəfərdən ibarət heyəti təxliyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki