Qış gözlənilmədən gəldi: Türkiyədə temperatur kəskin düşür - Gecə yarısı qar yağdı!

Türkiyənin Ərzurum şəhərində hava şəraiti kəskin dəyişib. Gecə saatlarında başlayan yağıntılar yüksək dağlıq ərazilərdə qar formasında müşahidə olunub. Ölkənin məşhur qış turizmi mərkəzlərindən biri olan Palandökəndə güclü qar yağışı başlayıb.

Referans Media xəbər verir ki, Meteorologiya 12-ci Regional Müdirliyinin yağış xəbərdarlığından sonra Ərzurumda gecə saatlarında yağıntının intensivliyi artıb.

Şəhər mərkəzində yağış müşahidə olunduğu halda, temperaturun aşağı düşməsi nəticəsində yüksək ərazilərdə qar yağmağa başlayıb.

Türkiyənin mühüm qış turizmi mərkəzlərindən sayılan Palandökəndə qar yağışı xüsusilə yüksək dağlıq ərazilərdə təsirini göstərib. İri qar dənələri ilə yağan qar nəticəsində dağın zirvəsi və ətraf yüksəkliklər ağ örpəyə bürünməyə başlayıb.

Meteoroloqlar Ərzurum və ətraf bölgələrin sərin və yağıntılı hava kütləsinin təsirinə düşdüyünü bildiriblər. Yaxın günlərdə bölgədə havanın temperaturunun nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki