Putin, Tramp və Si eyni masa arxasında: Görüşün gündəliyi hazırlanır

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında Çində keçirilməsi gözlənilən üçtərəfli görüşün gündəliyi üzərində iş aparılır.

Referans Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün gündəliyi həm Çin, həm də ABŞ tərəfi ilə müzakirə edilir.

Peskov bir gün əvvəl də üç ölkə liderinin görüşünün təşkili istiqamətində hazırlıqların davam etdiyini bildirmişdi. O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində danışıqların aparılması ilə bağlı ümumi razılığın olduğunu qeyd etmişdi.

Xatırladaq ki, oktyabrın 25-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov üçtərəfli görüşə hazırlıqların başladığını açıqlayıb. Onun sözlərinə görə, proses müsbət istiqamətdə davam edərsə, liderlər noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində bir araya gələ bilərlər./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki