Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyalarında 500 mindən 780 minədək insanın iştirakı gözlənilir. Parisdə isə nümayişçilərin sayının 40-80 min arasında olacağı proqnozlaşdırılır.
Referans Media xəbər verir ki, Fransa Ərazi Kəşfiyyat Xidməti həmin günü "yüksək riskli gün" kimi qiymətləndirib. Hesabatda xüsusilə şəhər mərkəzlərində zorakılığın arta biləcəyi bildirilib.
Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə noyabrın 5-nə 244 etiraz aksiyası planlaşdırılıb.
Aksiyalarla əlaqədar Fransada ictimai asayişin qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, dəmir yolu nəqliyyatında isə müəyyən fasilələrin yaranması gözlənilir.
Etirazlar əsasən yaşayış xərclərinin artması və əməkhaqqının yüksəldilməsi tələbləri ilə bağlıdır./Publika.az
