Bu ölkədə kişi qıtlığı yaşanır: Gələnlərə bu qədər maaş veriləcək

İsveçlə bağlı yayılan qeyri-adi məlumat sosial şəbəkələrdə və mediada diqqət çəkib. Ölkədə kişi əhalisinin sayının azalması səbəbindən xaricdən kişilərin cəlb olunacağı və onlara aylıq 3 800 avro ödəniləcəyi iddia olunur. Bu xəbər İsveçə köçmək istəyənlər arasında da maraq doğurub.

Referans Media xəbər verir ki, yayılan məlumatlarda İsveçin demoqrafik tarazlığı qorumaq məqsədilə xarici ölkələrdən kişi qəbul etməyə hazırlaşdığı bildirilir. İddialara görə, ölkəyə köçəcək kişilərə aylıq 3 800 avro məbləğində ödəniş nəzərdə tutulur.

Lakin bu proqramın hansı şəxsləri əhatə edəcəyi, ödənişlərin hansı müddətə veriləcəyi və müraciətlərin nə vaxt başlayacağı barədə rəsmi məlumat yoxdur. İsveç hökuməti tərəfindən kişilərin ölkəyə köçürülməsi müqabilində onlara 3 800 avro maaş veriləcəyini təsdiqləyən açıqlama da yayımlanmayıb.

Digər tərəfdən, İsveçdə xarici vətəndaşların iş icazəsi alması üçün əməkhaqqı ilə bağlı müəyyən tələblər mövcuddur. 2026-cı il iyunun 1-dən qüvvəyə minən qaydaya əsasən, iş icazəsi müraciətlərində aylıq minimum 34 470 İsveç kronu əməkhaqqı şərti tətbiq olunur. Bu məbləğ dövlət tərəfindən əcnəbilərə verilən yardım deyil. Söhbət işəgötürənin ödəməli olduğu əməkhaqqından gedir.

3 800 avro ödənişlə bağlı iddialardan sonra İsveçə köçmək istəyənlər arasında müraciət ünvanı, yaş həddi və hansı ölkələrin vətəndaşlarının proqrama qoşula biləcəyi ilə bağlı suallar yaranıb. Ancaq hazırda belə bir xüsusi proqramın mövcudluğu, müraciət tarixləri və qəbul şərtləri rəsmən təsdiqlənməyib. Buna görə də 3 800 avro məbləğində aylıq ödəniş barədə məlumatı təsdiqlənmiş dövlət proqramı kimi qəbul etmək doğru deyil.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki