image-radiobackend

“Qiyamət radiosu” aktivləşdi: qəribə mesajlar yayımlandı

“Qiyamət Radiosu” kimi tanınan UVB-76 aprelin 23-də bir neçə şifrəli mesaj yayımlayıb.

Referans Media xəbər verir ki, bu barədə “UVB-76 logi” adlı Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gün ərzində səkkizinci mesaj “vozestem” sözü ilə verilib. Radio stansiyası saat 17:10-da yayıma başlayıb, lakin bundan əvvəl – saat 17:03-də efirdə “təsdiq” sözü eşidilib.

Məlumata əsasən, saat 16:02-də “lavrokrup”, 15:15-də isə “rossopik”, “bojeskiy” və “maynokurs” sözləri səsləndirilib. Bundan əlavə, saat 14:46-da “feunshoglev”, 15:03-də isə “qabırğalı” sözü efirdə qeydə alınıb.

Qeyd olunur ki, daha əvvəl yayımlanan mesajlar arasında “Çeçen”, “lazer” və “aliment” kimi sözlər də yer alıb. Ümumilikdə, 23 aprel tarixində səkkiz mesaj və 11 fərqli söz efirə verilib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki