“Qohumlarım baxır, etməyin“ - Görünüşünü tənqid edənlərə əsəbiləşdi

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Referans Media xəbər verir ki, sənətçi canlı yayım zamanı görünüşü ilə bağlı yazılan mənfi rəylərə münasibət bildirib. O, bəzi insanların qadınların xarici görünüşünü tənqid etməsini sərt şəkildə qınayıb.

“Qohumum, tanışım baxır. Yazırsınız, donuz, balina... Canlı açıram ki, tort satım. Bəzi insanların ürəyi çox murdardır. Hər qadın gözəldir” deyə, Xuraman Əlizadə bildirib./Axşam.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki