Avropa Parlamenti (AP) öz binalarına iranlı diplomatların girişini qadağan edib.
Referans Media xəbər verir ki, bunu AP sədri Roberta Metsola açıqlayıb.
“Bu gün mən İranın bütün diplomatik əməkdaşlarının və istənilən digər nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına daxil olmalarını qadağan etmək barədə qərar qəbul etdim”, – Metsola bildirib.
Qeyd edək ki, bu barədə qərar İrandakı kütləvi iğtişaşlar fonunda verilib.//publika.az























