image-iranda-sular-durulmuyor-olu-sayisi-700e-yaklasti-gkmgbackend

İranda vəziyyət gərgin olaraq qalır: Ölənlərin sayı 700-ə yaxınlaşır

İranda 28 dekabr tarixindən etibarən davam edən kütləvi etiraz aksiyalarında ölənlərin sayı sürətlə artır.

Referans Media xəbər verir ki, ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri (HRA) təşkilatının yaydığı son məlumata görə, ölkə üzrə etirazlar zamanı həyatını itirənlərin sayı azı 646 nəfərə, saxlanılanların sayı isə 10 min 721 nəfərə çatıb.

HRA-nın açıqlamasında bildirilib ki, ölənlər arasında 9 uşaq, 505 etirazçı, 133 hərbçi və hüquq-mühafizə əməkdaşı, etirazlarda iştirak etməyən 7 mülki şəxs və 1 prokuror var. Qurum bəzi ölüm hallarının hələ də araşdırıldığını, əlavə olaraq 579 nəfərin ölümü ilə bağlı məlumatların təsdiqləmə mərhələsində olduğunu qeyd edib.

Etirazların İranın 187 şəhərində 606 nöqtəni əhatə etdiyi, ölkə üzrə internet və rabitə bağlantılarının kəsilməsinə baxmayaraq aksiyaların davam etdiyi vurğulanıb.

Qeyd edək ki, HRA bir gün əvvəl yaydığı hesabatda ölənlərin sayını 544, saxlanılanların sayını isə 10 min 681 olaraq açıqlamışdı. Son statistika isə ölkədə vəziyyətin daha da ağırlaşdığını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki