İsrail ordusu İranda davam edən etirazlarla bağlı yayılan iddialara münasibət bildirib. Açıqlamada İsrailin mümkün risklərə qarşı yüksək hazırlıq vəziyyətində olduğu vurğulanıb.
Referans Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Effi Defrin tərəfindən X sosial şəbəkəsində yayımlanan və IDF-nin türkcə hesabında da paylaşılan bəyanatda bildirilib ki, İranla bağlı İsrailin mövqeyi haqqında müxtəlif şayiələr dolaşır.
Açıqlamada qeyd olunub: “Daha əvvəl də bildirildiyi kimi, İsrail Müdafiə Qüvvələri müdafiə mövqeyində tam hazırdır və zərurət yaranacağı təqdirdə gözlənilməz ssenarilərə qarşı yüksək teyakkuz vəziyyətindədir. İranda baş verən etirazlar İranın daxili işidir.”
İsrail ordusunun İrandakı proseslərlə bağlı vəziyyəti mütəmadi qiymətləndirdiyi vurğulanan açıqlamada bildirilib ki, mövqedə hər hansı dəyişiklik olacağı təqdirdə ictimaiyyətə rəsmi məlumat veriləcək.
Bəyanatda xüsusi olaraq qeyd edilib: “Bir daha vurğulayırıq: Şayiələrə etibar etməyin.”























