image-arda-alonsobackend

Arda Alonso ilə belə vidalaşdı

“Real”ın yarımmüdafiəçisi Arda Güler sosial şəbəkədə paylaşım edərək Xabi Alonso ilə vidalaşıb.

Referans Media  xəbər verir ki, türkiyəli futbolçu etimadına görə ispaniyalı mütəxəssisə təşəkkür edib:

“Cənab Xabi Alonso, ilk gündən mənə inandığınız üçün sizə təşəkkür edirəm.

Hər bir söhbət, hər bir detal, hər bir tələb oyunumun formalaşmasına və məni daha yüksək səviyyəyə çıxarmağa kömək etdi. Mənim üçün etdiyiniz hər şeyə görə sizə səmimi qəlbdən minnətdaram. Mənə olan inamınız məni daha yaxşı futbolçu etdi.

Gələcəkdə sizə və komandanıza böyük uğurlar arzulayıram. Sizin töhfəniz həmişə mənimlə qalacaq”.

Yanvarın 12-də Alonso Madrid klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Onun yerinə Alvaro Arbeloa təyin olunub./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki