image-trampbackend

ABŞ Prezidenti Tramp Venezuelalı müxalif lider ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp 15 yanvar 2026-cı il tarixində Venezuelalı müxalif lider Maria Corina Machado ilə Ağ Evdə görüşəcək.

Referans Media xəbər verir ki, bu barədə rəsmi məlumat Ağ Ev sözçüsü Karoline Leavitt tərəfindən açıqlanıb.

Leavitt bildirib ki, Amerikan mediasında səslənən iddialar doğru olub və Tramp ilə Machado 15 yanvar cümə axşamı günü Ağ Evdə bir araya gələcək. Görüşün detalları isə hələ açıqlanmamışdır.

Trump daha əvvəlki açıqlamalarında Machadonun Venezuelanı idarə etməsinə dəstək vermədiyini və onun ölkədə geniş xalq dəstəyi və hörmətinə malik olmadığını bildirmişdi.

Machado son günlərdə 2025-ci il Nobel Sülh Mükafatı ilə də gündəmə gəlmiş və mükafatı Tramp ilə paylaşmaq istədiyini bildirmişdi. Lakin Norveç Nobel İnstitutu mükafatın başqasına verilməsinin mümkün olmadığını açıqlamışdı.

Bu görüş ABŞ-ın Venezueladakı siyasətində müxalif liderlərlə münasibətləri yenidən formalaşdırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki