image-tramp-xamneybackend

Moskva sığınacaq olmayacaq – Xameneinin Rusiya planına cavab

ABŞ senatoru Lindsi Qraham İranın dini lideri Əli Xameneinin ölkəsindəki etirazları ABŞ-a xəbərdarlıq kimi xarakterizə etməsinə sərt reaksiya verib.

Referans Media xəbər verir ki, Qraham bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O, İranda rejim əleyhinə etirazlar güclənərsə, Xameneinin Rusiyaya qaçacağı iddialarına toxunub. “Amerikalı siyasətçilərə son xəbərdarlığınıza gəldikdə isə, eşitdim ki, Moskva qış möcüzəsi diyarı kimidir”, – deyə vuğulayıb.

ABŞ-ın İrana mümkün hücumuna işarə edən Qraham, “Dronlardan ehtiyatlı olun” yazaraq xəbərdarlıq edib.

O, həmçinin İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin “Tramp çox danışır, onu ciddiyə almayın” sitatına da reaksiya verib. “Tramp haqqında təhqiramiz ifadələr işlədənlər bunun nəticələri ilə üzləşəcəklər”, – deyə o qeyd edib./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki