Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb

Bakıda sirkə turşusundan zəhərlənən kişi xəstəxanada həyatını itirib.

Referans Media xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda baş verib.

1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, iyunun 22-də xəstəxanada vəfat edib.

Onun hansı şəraitdə sirkə turşusu qəbul etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki