image-qurban-1backend

Qurban Qurbanov: “Cavab oyununu şərh etmək çətindir”

“Təhlil etdik və qərara gəldik ki, səfərdə daha diqqətli və məsuliyyətli olmalıyıq”.

Referans Media  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la (İngiltərə) cavab matçından öncə mətbuat konfransında deyib.

O, İngiltərədə baş tutacaq görüşə hazırlığı dəyərləndirib:

“Cavab qarşılaşmasını şərh etmək çətindir. Təhlil etdik və qərara gəldik ki, səfərdə daha diqqətli və məsuliyyətli olmalıyıq”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki