Supermarket işçisi uduşlu lotereya biletini oğurladı

ABŞ-ın Florida ştatında supermarket işçisi müştəriyə məxsus 2 700 dollar dəyərində uduşlu lotereya biletini oğurladığı üçün həbs edilib.

Volusiya Şerif Ofisinin hazırladığı hesabatda bildirilir ki, 40 yaşlı kassir Tameka Hall barəsində külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.

Hadisə DeLand şəhərində yerləşən Walmart mağazasında baş verib.

Məlumata görə, hər gün eyni lotereya oyunlarını oynayan bir müştəri qazandığı 2 700 dollarlıq uduşu almaq üçün mağazaya müraciət edib. Kassir bileti sistemdə yoxladıqdan sonra uduşun mağazada ödənilə bilməyəcək qədər yüksək olduğunu bildirərək müştəriyə başqa mərkəzə müraciət etməsi üçün təlimatların yer aldığı qəbz təqdim edib.

Lakin kassir uduşun alınması üçün vacib olan lotereya biletini müştəriyə geri qaytarmayıb.

Təhlükəsizlik kameraları oğurluğu üzə çıxardı

Biletinin olmadığını görən müştəri yenidən mağazaya qayıtsa da, onu tapa bilməyib. Hadisədən sonra mağaza rəhbərliyi təhlükəsizlik kameralarının görüntülərini araşdırıb.

Araşdırma zamanı kassirin əməliyyat başa çatdıqdan dərhal sonra uduşlu bileti cibinə qoyduğu və növbəsini bitirərək iş yerini tərk etdiyi müəyyən edilib.

Bildirilir ki, şübhəli şəxs indiyədək bileti geri qaytarmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki