Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, prospektdə hərəkətdə olan “Hyundai ix35” markalı minik avtomobili ilə “Changan” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza səbəbindən prospektdə avtomobillərin hərəkətində ciddi ləngimə və sıxlıq qeydə alınıb.
