Prezidentin köməkçisindən Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistan liderləri arasında bu yaxınlarda baş tutan görüş çox konstruktiv mühitdə keçdi.

Referans Media  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.

“Hər iki tərəf sülh gündəliyini daha da irəli aparmaq, iki ölkə arasında etimadın bərpası, regionda əlaqələndirmə və bağlantı da daxil olmaqla, ticarət əlaqələrini daha da inkişafı üçün ikitərəfli qarşılıqlı əlaqədə olmaq barədə razılığa gəlib. Bununla yanaşı, TRIPP konsepsiyasının inkişafı ilə bağlı müsbət siqnallar var. Bu layihənin reallaşdırılmasına tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlarımıza minnətdarıq”, - deyə H.Hacıyev əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki