Risk qrupunda olanlara XƏBƏRDARLIQ - Payızın mövsümi xəstəlikləri...

Bu gündən yay fəsli rəsmən başa çatır və öz yerini payıza verir. Sentyabrın 21-dəki gecə-gündüz bərabərliyindən sonra isə günlər qısalmağa davam edəcək. Bu o deməkdir ki, günəşli saatlar getdikcə daha da azalacaq.

Bəs “qızıl payız”da ən çox hansı qrup insanlar diqqətli olmalıdır? Bu dönəmdə hansı xəstəliklər özünü daha qabarıq göstərir? Qidalanmada ən çox nələrə diqqət etməli?

Referans Media bildirir ki, mövzu ilə bağlı Professor Adil Qeybulla Musavat.com-a deyib ki, fəsil dəyişiklikləri temperatur, rütubət və ümumi iqlim şəraitində kəskin tərəddüdlərlə müşayiət olunur, bu da insan orqanizminə birbaşa təsir göstərir. Onun sözlərinə görə, insanların hava şəraitinə uyğun geyinməməsi, profilaktik qaydalara riayət etməməsi və əvvəlki fəslə xas vərdişləri yeni mövsümdə də sürdürməsi xəstələnmə riskini kəskin artırır.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

“Məsələn, uzun müddət kondisioner altında qalmaq, hava axını olan (yelçəkən) yerlərdə oturmaq kimi vərdişlər orqanizmin müqavimətini zəiflədir. Xüsusilə payız aylarında soyuqdəymə və infeksion xəstəliklərdən qorunmaq xüsusi diqqət tələb edir. Bununla yanaşı, yaz və payız mövsümləri xroniki xəstəliklərin fəallaşma dövrü kimi səciyyələnir. Bu ərəfədə allergik reaksiyalar, mədə-bağırsaq və əsəb sistemi xəstəlikləri, o cümlədən bronxial astma tutmaları daha tez-tez baş qaldırır. Bu keçid dövrünü fəsadsız və rahat atlatmaq üçün vətəndaşlar həkimləri ilə mütəmadi əlaqə saxlamalı, təyin olunmuş tövsiyələrə dəqiq əməl etməlidirlər. Xüsusilə komorbid vəziyyətdə olan, yəni yanaşı xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər daha məsuliyyətli davranmalıdırlar,_ A.Qeybulla bildirib.

Professor vurğulayıb ki, immunitet sistemini daim yüksək səviyyədə saxlamaq üçün fiziki aktivliyi artırmaq və təmiz havada müntəzəm gəzmək mühüm şərtdir: "Orqanizmin dözümlülüyünü və müqavimətini artırmaq məqsədilə həddindən artıq qida qəbulundan qaçınmaq, hərəkətliliyi təmin etmək, həmçinin vitamin və minerallarla zəngin olan meyvə-tərəvəz ağırlıqlı, balanslı qidalanmaya üstünlük vermək lazımdır".

Həkim-diyetoloq Ləman Süleymanova qeyd edib ki, payız fəslinə keçid zamanı qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, ətraf mühitdəki infeksiyalardan qorunmağın ilk şərtlərindən biri sağlam və düzgün qidalanmadır: “Strateji baxımdan qidalanma bütün immun sistemimizin güclənməsində həlledici rol oynayır. Səhər yeməyi bu baxımdan ən vacib qidadır. Səhər yeməyi bədənimizi gün ərzində aktiv və enerjili saxlayır, immun sistemini aşağı səviyyədən yüksək səviyyəyə qaldırır və onun qoruyucu funksiyasını aktivləşdirir. Ağız boşluğunda mövcud olan qoruyucu hüceyrələr nə qədər aktiv olarsa, orqanizm ətraf mühitdəki infeksiyalara qarşı bir o qədər güclü olur.

Sadə və doğru yanaşma sağlam həyatın açarıdır"

Sadə və doğru yanaşma sağlam həyatın açarıdır"

Günün ikinci yarısında yüngül qidalara, saat 15:00-dan sonra isə həzm prosesini yaxşılaşdırmaq üçün az miqdarda qida qəbuluna üstünlük vermək tövsiyə olunur. Bəzi insanlar səhər yeməyi yemədən işə gedir, günorta da qidalanmır, axşam isə həddindən artıq yemək yeyirlər. Bu isə mədə-bağırsaq problemlərinə, arterial təzyiqin və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə artıq çəki, qastrit, mədə və onikibarmaq bağırsaq xorası və digər sağlamlıq problemləri yarana bilər".

Mütəxəssisin sözlərinə görə qırmızı ət dəmirlə zəngin olduğu üçün rasionda mütləq yer almalıdır: "Qırmızı ət və balığa üstünlük verilməli, həmçinin dəniz məhsulları da rasiona daxil edilməlidir. Payız fəslində çərəzlər də vacibdir. Günün birinci yarısında qoz, fındıq, badam və digər quru meyvələrin qəbul edilməsi orqanizm üçün faydalıdır. Xüsusilə uşaqların menyusunda bu məhsulların olması onların sağlam inkişafı baxımından önəmlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki