Rublun taleyi ilə bağlı PROQNOZ: Dollar qarşısında…backend

Rublun taleyi ilə bağlı PROQNOZ: Dollar qarşısında…

  VEB.RF-nin baş iqtisadçısı Andrey Klepaç dolların 100 rubla qədər bahalaşa biləcəyi ehtimalını təxmin edib.

Referans  xəbər verir ki, bu barədə TASS ekspertə istinadən məlumat yayıb.

Klepaçın fikrincə, Amerika valyutasının məzənnəsinin bu qədər arta biləcəyi şübhəlidir, baxmayaraq ki, bu, ixracatçılar üçün yaxşı olardı. O hesab edir ki, ilin sonuna kimi dollar, böyük ehtimalla 85-86 rubla başa gələcək.

Daha əvvəl iqtisadçı Yevgeni Sivkov bəyan etmişdi ki, Rusiya valyutasının məzənnəsinə pul kütləsi təsir edir və bu, müəyyən şərtlər daxilində onu çökdürə bilər. Bundan əlavə, o qeyd edib ki, rublun dəyəri valyutanı özləri ilə aparan İT mütəxəssislərinin ölkədən çıxışından asılıdır.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki