image-rusiya-xertebackend

Rusiya-Ukrayna münaqişəsi: Danışıqlar yeganə həll yoludur?

“Bu gün Rusiya tərəfindən irəli sürülən şərtlər müzakirə üçün deyil, daha çox kapitulyasiya təklifi kimi qiymətləndirilir”.

Referans.az bildirirki “Cebheinfo.az”-a İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına aydınlıq gətirə politoloq Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Ukrayna Rusiya tərəfinin irəli sürdüyü bu şərtləri – Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya ərazisi kimi tanınmasını, Kiyevin NATO-dan imtina etməsini və neytral statusa keçməsini qəbul edəcəyi təqdirdə, faktiki olaraq kapitulyasiyaya razılaşmış olacaq:

“İstanbulda keçirilən Rusiya-Ukrayna arasında birbaşa danışıqların ikinci raundu göstərdi ki, Kreml şərtlərini daha da sərtləşdirib. Bundan öncə, Rusiya əsas diqqətini Krımın de-yure və hazırda işğal etdiyi dörd vilayətin inzibati sərhədləri daxilində Rusiya torpaqları kimi tanınmasına yönəltmişdi. Artıq Ukraynanın NATO-ya üzv olmaması da Kreml tərəfindən qəti şərt kimi irəli sürülür.

Məhz Rusiya bu şərtləri irəli sürməklə, Ukraynanın NATO-ya yolunu birdəfəlik bağlamağa çalışır, eyni zamanda Ukraynada Rusiya ilə kompromisə getməyə qəti şəkildə qarşı olan, dövlətin tam müstəqilliyini, Rusiyadan asılı olmamasını müdafiə edən siyasi qüvvələrin buraxılmasını və zəiflədilməsini tələb edir.

Rusiya məhz bunu müharibənin ilk səbəbləri kimi qiymətləndirir. Eyni zamanda Avropa İttifaqının Ukraynaya verdiyi təhlükəsizlik zəmanətlərindən biri kimi, Qərb ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi perspektivinə də Kreml qəti şəkildə etiraz edir. Bu şərtləri irəli sürməklə Rusiya bu məsələdə də öz qəti mövqelərini nümayiş etdirdi”.

Politoloq qeyd edib ki, yaxın perspektivdə Rusiya-Ukrayna danışıqlarında müsbət nəticə gözləməyə dəyməz:

“Çünki tərəflər tamamilə fərqli və qarşı-qarşıya duran mövqelərdən çıxış edirlər. Hətta müvəqqəti atəşkəslə bağlı təkliflər də bir-birinə diametral şəkildə ziddir.

Belə olan halda gözləmək olar ki, birbaşa danışıqlar davam etsə belə, hələlik tərəflərin heç biri öz mövqeyindən geri çəkilmək niyyətində deyil və ya o vaxta qədər geri çəkilməyəcək ki, buna məcbur edəcək hadisələr baş versin və ya addımlar atılsın.

Rusiya hesab edir ki, o hərb müstəvisində güclüdür və Moskva strateqləri onlar böyük hücuma hazırlaşdıqlarını gizlətmirlər. Bu hucumla Ukrayna müdafiəsini sarsıdacaqlar, yeni ərazilər ələ keçirəcəklər. Hətta xəbərdarlıq edirlər ki, Moskvanın şərtləri daha da ağırlaşacaq.

Ukrayna isə kəşfiyyat-diversiya əməliyyatlarını artıracaq, Rusiya ərazisinə hücum xarakterli aksiyalar mümkündür. Rusiya isə genişmiqyaslı hücum kampaniyası planlaşdırır və yeni əraziləri ələ keçirməyə çalışacaq. Kreml açıq şəkildə bəyan edir ki, Ukrayna razılaşmaya gəlməsə, irəli sürülən şərtlər daha da sərtləşdiriləcək.

Ukrayna da öz növbəsində hesab edir ki, Rusiya bu qədər ciddi dönüşə nail ola bilməyəcək. Eyni zamanda Avropa İttifaqının və ABŞ-nin hərbi dəstəyi artmaqda davam edəcək.

Ukraynalılar ümid edirlər ki, ABŞ-də siyasi təzyiqlər nəticəsində, Donald Trampın mövcud vəziyyətə reaksiya olaraq Ukraynaya daha güclü dəstək göstərməsiylə, rusların hücumları dəf edilə bilər.

Tərəflər arasında fərqli strategiyalar və gələcəyə dair ziddiyyətli baxışlar mövcuddur. Hər iki tərəf düşünür ki, yaxın perspektivdə güzəştə gedəcək qədər zəifləməyib. Bu baxımdan, hərbi müstəvidə döyüşlərin şiddətlənməsi ehtimalı yüksəkdir”.

Onun sözlərinə görə, Rusiya-Ukrayna məsələsində reallıq ondan ibarətdir ki, diplomatiya hələlik gücsüzdür və danışıqlar yolu ilə ciddi nəticələr əldə ediləcəyinə ümid etmək olmaz:

“Ukraynanın Rusiyanın strateji bombardmançı bazalarını hədəfə alaraq uğur qazanması Rusiya üçün psixoloji baxımdan ciddi bir məğlubiyyət oldu. Bu, Moskvanın reputasiyasına da zərbə vurdu. Lakin bu hücumlar döyüş meydanında qüvvələr nisbətini dəyişmək üçün hələlik yetərli deyil.

Onun əsas təsiri psixoloji və siyasi səviyyədə hiss olunacaq. Avropa və ABŞ ictimaiyyəti bu hadisələri Kiyevə daha güclü hərbi dəstək göstərmək üçün əsas arqument kimi istifadə edə bilər.

Bu halda Rusiyanın susqunluğu təslimçilik kimi deyil, daha genişmiqyaslı “qisas əməliyyatı”na hazırlıq kimi dəyərləndirilə bilər. Vladimir Putin hazırkı şəraitdə buna cavabsız qoya bilməz. 

Bu, onun indiyə qədər yürütdüyü siyasətinə və özü ilə bağlı yaratdığı imicə ziddir. Rusiya tərəfindən adekvat cavab veriləcəyi gözlənilir. Ukrayna da öz növbəsində bu cavabın qarşısını almaq üçün hərbi hazırlıqlarını gücləndirəcək.

Ümumiyyətlə, yaxın zamanda hərbi eskalasiyanın daha da artacağı gözlənilir. Yalnız tərəflərdən biri ciddi şəkildə zəiflədikdə və ya ciddi daxili, xarici təzyiqlərlə üzləşdikdə, danışıqlar masasında vəziyyət dəyişə bilər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki