İranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampa mesaj göndərib.
Referans Media Fox News-a istinadla xəbər verir ki, hazırkı gərginlikdən söz açan XİN rəhbəri bildirib:
“Mesajım budur: iyun ayında etdiyiniz səhvi təkrarlamayın! Pis təcrübəni təkrarlamağa çalışsanız, eyni nəticəni alacaqsınız.
Bəli, iyun ayında obyektləri və avadanlıqları məhv etdiniz, amma texnologiya bombalana bilməz, qətiyyət də bombalana bilməz. İran artıq müharibəyə, danışıqlara, diplomatiyaya hazır olduğunu sübut edib. Bunu son 20 ildə, 2015-ci ildə, 2025-ci ildə hər dəfə sübut etmişik. Amma həmişə diplomatiyadan yayınan, diplomatiya yolunu kəsən və müharibəni seçən ABŞ-dır.
Mesajım: müharibə ilə diplomatiya arasında seçimdir. Diplomatiya ən yaxşı yoldur, baxmayaraq ki, ABŞ ilə müsbət təcrübəyə malik deyilik, amma yenə də diplomatiya müharibədən daha yaxşıdır”.























