image-1748347669_hakan_fidanbackend

Türkiyə İranla bağlı hər vəziyyətə hazırdır – Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verən hadisələrin Türkiyə vətəndaşlarının təxliyəsinə və genişmiqyaslı miqrasiya dalğasına səbəb olmayacağına ümid etdiyini bildirib.

 

Referans Media  xəbər verir ki, İstanbulda keçirilən mətbuat konfransında çıxış edən nazir qeyd edib ki, mövcud vəziyyətlə bağlı bütün mümkün ssenarilər üzrə zəruri konsulluq tədbirləri əvvəlcədən hazırlanıb.

 

Onun sözlərinə görə, bu planlar Türkiyənin İrandakı diplomatlarını, vətəndaşlarını, iş adamlarını və tələbələrini əhatə edir və zərurət yarandığı halda dərhal icra oluna bilər.

“İrandakı hadisələrə cavab olaraq lazımi tədbirləri görürük. Bütün ölkələr və potensial ssenarilər üçün konsulluq planlarımız hazırdır. Lakin ümid edirik ki, İrandakı vəziyyət tezliklə sabitləşəcək və böyük bir qarışıqlıq yaşanmayacaq”, – deyə Hakan Fidan vurğulayıb.

 

Nazir İrandan mümkün miqrasiya dalğası riskinə də toxunaraq bildirib ki, vəziyyətin bu mərhələyə çatmayacağına inanır.

 

“Türkiyə böyük bir ölkədir və tarixində, o cümlədən yaxın keçmişində qaçqınların qəbuluna dair nümunələr mövcuddur. Ancaq ümid edirəm ki, bu dəfə belə bir addım atmağa ehtiyac qalmayacaq”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki