Rusiya və İranı itirib, Azərbaycandan asılı olacağıq – Zurabyanbackend

Rusiya və İranı itirib, Azərbaycandan asılı olacağıq – Zurabyan

  “ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Ermənistana qısamüddətli yardımlar etməkdə maraqlıdır. Lakin plan uğurlu olarsa, nə Avropa, nə də ABŞ-ın ölkəmizə marağı qalacaq”. 

Referans xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

O bildirib ki, Birləşmiş Ştatlar ciddi maliyyə böhranı ilə üz-üzədir və buna görə də Avropa kimi Ermənistanın iqtisadiyyatı və ordusunu gücləndirməyə sərmayə qoymağa hazır deyil:

 
“Türkiyənin Qərbin yardımlarına təsir göstərmək və “süzgəcdən keçirmək” üçün böyük imkanları var. Yəni Ermənistanı dəstəkləmək belə problemlidir. Azərbaycan və Türkiyə uzunmüddətli perspektivdə Qərb üçün Ermənistandan qat-qat dəyərli müttəfiqdir. Münaqişənin həlli üçün təklif olunan yol Rusiya və İranın maraqlarına ziddir, ölkəmiz üçün isə çox təhlükəlidir. Sülh planı həyata keçirildiyi zaman ölkəmiz iqtisadi baxımdan Azərbaycandan asılı olacaq. Nəticədə biz daha çox güzəştə getməli olacağıq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki