Rusiyanın gizli “düşmən”ləri – 3 ölkənin adı çəkildi

“Avstraliya, Yeni Zelandiya və Kanada Rusiya ilə bağlı APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) çərçivəsində keçirilən qeyri-rəsmi görüşlərdə kin püskürür və aqressiv davranırlar”.

Referans Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev deyib.

“Onlar ideoloji qaranlıqda yolunu itiriblər”, – deyə o bildirib.

Diplomat əlavə edib ki, bu cür münasibət Rusiyanı öz mövqeyindən çəkindirmir.

Berdıyev xatırladıb ki, 2026-cı ildə APEC Katibliyinin icraçı direktoru Eduardo Pedrosa ilk dəfə Rusiyaya səfər edib.

O həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Rusiyanın 2035-ci ildə APEC-ə sədrlik etməsi ilə bağlı müraciəti təsdiqləyib./Globalinfo.az /


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki