Tramp Netanyahu ilə görüşəcəyini açıqladı

İsrailin Baş naziri Binyamin Netanyahu senator Lindsi Qreymin dəfn mərasimində iştirak edə bilər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" xəbər saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İsrailin baş naziri ilə görüşməyə hazırdır.

"Bibi ilə çox yaxşı münasibətlərim var. Əgər o orada olsa, onunla görüşəcəyəm", - deyə Tramp bildirib.

Qeyd edək ki, iyulun 28-də Vaşinqtonda Lindsi Qreymin anım mərasimi keçiriləcək və Tramp orada iştirak edəcək./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki