ABŞ Prezidenti Donald Tramp İrana qarşı miqyaslı hücum imkanını ciddi şəkildə nəzərdən keçirir.
Referans Media xəbər verir ki, bu barədə Amerika lideri "Axios" portalına məlumat verib.
"Mən genişmiqyaslı hücum imkanını nəzərdən keçirirəm. Əvvəlkindən daha böyük. Mən qərar qəbul etməyə yaxınam. Hamımız buna hazırıq", - deyə Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, əgər o, xahiş etsə, İsrail döyüş əməliyyatlarına iki dəqiqə ərzində qoşula bilər. Lakin Amerika liderinin sözlərinə görə, İrana qarşı yeni əməliyyata başlamaq üçün ABŞ-ın heç kimə ehtiyacı yoxdur.
ABŞ Prezidenti qeyd edib ki, İran danışıqlar aparmaq istəyir, lakin respublika hələ sazişə hazır deyil. Ağ Evin rəhbəri hesab edir ki, ölkə hələ kifayət qədər ağrı yaşamayıb./Publika.az
