Manilada keçirilən rəsmi görüşlər zamanı Rusiya və ABŞ rəsmiləri arasında Ukrayna böhranı müzakirə olunarkən gözlənilməz və maraqlı anlar yaşanıb.
Referans Media xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə görüşü zamanı jurnalistin Ukraynadakı müharibənin başa çatması ilə bağlı verdiyi birbaşa sualdan yayınıb.
RFE/RL nəşrinin müxbiri nazirə münaqişənin həlli yolları barədə sual ünvanlasa da, Rusiya XİN rəhbəri mövzuya toxunmaq əvəzinə jurnalistin görünüşünə diqqət çəkib.
Lavrov suala cavab verməkdən imtina edərək sadəcə, "Yaxşı saç düzümünüz var", - deyə müxbirin saçını tərifləməklə kifayətlənib və bununla da Ukrayna ilə bağlı strateji sualdan ustalıqla qaçıb./Musavat.com/
