Sabah Saatlının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Saatlı şəhərinin mərkəzinin və rayonun Əhmədbəyli, Dədə Qorqud, Heydərabad, tollavaizli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
