UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.
Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
xxx
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb.
Referans Media xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
