Rusiyanın Sibir bölgələrində Dövlət Dumasına seçkilərin əsas səsvermə mərhələsi başlayıb.
Referans Media məlumatına görə, seçkilərin ilk günü Sibir Federal Dairəsinin ən şərq hissəsində yerləşən İrkutsk vilayətində start götürüb.
İrkutsk vilayəti Seçki Komissiyasından bildirilib ki, səsvermə 1852 seçki məntəqəsində keçirilir. Seçici siyahılarında 1,8 milyondan çox seçici qeydiyyata alınıb.
Bununla yanaşı, ucqar və gediş-gəlişi çətin olan ərazilərdə yerləşən daha 43 seçki məntəqəsində səsvermə artıq başa çatıb. Erkən səsvermə zamanı həmin məntəqələrdə təxminən 4 min nəfər səs verib.
Rusiyada Dövlət Dumasına seçkilər 18-20 sentyabr tarixlərində keçirilir. Bu seçkilər ölkə tarixində Dövlət Dumasının 9-cu çağırışının formalaşdırılması məqsədi daşıyır.
Məlumata görə, Donbas və Novorossiya kimi təqdim edilən ərazilərin sakinləri ilk dəfə Dövlət Dumasına seçkilərdə iştirak edəcəklər.
Eyni zamanda, Rusiyanın 39 regionunda qanunverici orqanlara seçkilər keçiriləcək. Bundan başqa, regionların rəhbərlərinin seçilməsi də nəzərdə tutulur. Onlardan 8 regionda rəhbərlər birbaşa seçki yolu ilə, 3 regionda isə yerli parlamentlərin səsverməsi ilə müəyyənləşdiriləcək.
Ümumilikdə seçkilər çərçivəsində ölkə üzrə təxminən 23 min mandatın taleyinə qərar veriləcək.
