Hörmüz boğazı ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu hakimiyyətdə qaldığı müddətcə gəmiçilik üçün açılmayacaq.
Referans Media xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Məhəmməd Baqir Zölqədr bəyan edib.
“Döyüşçülərimiz cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyət taxtından devrilənə qədər Hörmüz boğazını açmayacaqlar”, – deyə o bildirib.
İranın ali rəhbərinin müşaviri əlavə edib kilə, boğazın bağlanması “İran xalqının qisasının yalnız ilk mərhələsidir”.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında tərəflər münaqişəyə son qoymaq və Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etmək üçün əsas yaratmalı olan aralıq saziş imzaladılar, lakin sonradan razılaşmalar pozuldu.
Avqustun 20-də ABŞ hakimiyyəti İrana qarşı yeni iqtisadi təzyiq kampaniyası elan edib. Vaşinqton Tehranın maksimum dərəcədə təcrid olunmasına nail olmağa çalışacaq və ona ticarət və maliyyə əlaqələrini qoruyub saxlamağa kömək edən xarici strukturları cəzalandırmaq niyyətindədir./Publika.az
