Serbiyada İsrail dronlarının istehsalı zavodunun açılışı oldu

Serbiyada İsrail döyüş dronlarının istehsalını həyata keçirəcək zavodun açılışı olub.

Referans Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

O qeyd edib ki, fabrikdə Serbiya silahlı qüvvələri ilə yanaşı, digər ölkələrin orduları üçün də avadanlıq istehsal olunacaq.

Zavodun açılışı cümə axşamı günü baş tutub. Vuçiç zavodda təxminən 100 nəfərin işlə təmin olunacağını və ən müasir avadanlıq istehsal ediləcəyini bildirib. Serbiya hakimiyyəti zavodla bağlı başqa heç bir təfərrüat açıqlamayıb./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki