Putin Qərb ölkələri ilə bağlı qərar verdi

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən gətirilən mallarla bağlı yeni qərar imzalayıb.

Referans Media xəbər verir ki, O, Qərb ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən ərzaq embarqosunun müddətini 2028-ci ilə qədər uzadıb.

Müvafiq qərar prezident fərmanı ilə rəsmiləşdirilib.

Qeyd edək ki, Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq etdiyi ərzaq embarqosu 2014-cü ildən qüvvədədir. Moskva bu tədbiri Qərbin Rusiyaya qarşı “dost olmayan” addımlarına cavab olaraq tətbiq etdiyini bildirir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki