Ərdoğan və Tramp bu şəhərdə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcək.

Referans Media xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfiri Tom Barrak açıqlama verib.

Bildirilir ki, Ərdoğan gələn həftə BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

Prezidentlərin görüşünün dəqiq tarixi isə hələ açıqlanmayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki