Sabah çimərliklərdə hava necə olacaq?

Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.

Referans Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki