UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Berr-Şeva) matçına 25 min bilet satılıb.
Referans Media bildirir ki, bu barədə “Qafqazinfo”ya “Sabah” klubundan məlumat verilib. Qeyd edilib ki, hazırda satış davam edir və oyun saatına qədər bu sayın artacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Stadionun 31 min 200 tamaşaçı tutumu var.
İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
