"Heç nə başa düşmədim" - Sarkisyan cinayət işindən danışdı (VİDEO)

"İş materiallarını əldə edəndə danışarıq, heç nə başa düşmədim".

Referans Media  xəbər verir ki, bunu Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan deyib. 

O, ifadə verdikdən sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən ayrılıb. 

Xatırladaq ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində idi və ona qarşı ittiham irəli sürülüb.

***14:17

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir. 

Referans Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Prokuror Serj Sarkisyan da daxil olmaqla daha 9 nəfərə qarşı ictimai cinayət işi açıb.

Xatırladaq ki, bu səhər istintaq orqanları eks prezident Robert Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki